• USD 1,7000 0,00% EUR 2,0327 0,00%
    • GBP 2,3622 0,00% RUB 0,0228 0,00%

Mobil rabitə operatorlarının gəlirləri açıqlandı

  • İKT
  • 16 Dekabr 2020 20:12
Mobil rabitə operatorlarının gəlirləri açıqlandı

Azərbaycanda informasiya və rabitə sahasində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri açıqlanıb.

Publika.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi 1,6 faiz artıb.

Belə ki, mövcud sahədə göstərilən xidmətlərin dəyəri 1 milyard 996,1 milyon manat təşkil edib. Bu xidmətlərin 73,3 faizi əhali tərəfindən istehlak olunub.

Bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi mobil telefon rabitəsi sahəsinin payına düşüb. Bu dövrdə ölkədə fəaliyyət götərən mobil rabitə operatorları 840,9 milyon manat gəlir əldə edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR