Çindən 3 qitəyə ŞOK HÜCUM: minlərlə qurum risk altındadır
Bizi izləyin

İKT

Çindən 3 qitəyə ŞOK HÜCUM: minlərlə qurum risk altındadır

ABŞ-ın 20 mindən çox təşkilatı hücuma məruz qalma riski altındadır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

ABŞ hökumətindəki mənbənin məlumatına görə, risk “Microsoft Corp” proqram təminatındakı boşluq səbəbindən yaranıb.

Bundan başqa, proqramdan istifadə edən Asiya və Avropada on minlərlə təşkilat da eyni kiber-hücum təhlükəsi altında qalıb.

“Microsoft”un düzəlişlərinə baxmayaraq, hücumlar davam edir.

Əvvəlcə hücumların “məhdud və hədəflənmiş” olduğunu deyən “Microsoft”, müştərilərinə yardım göstərmək üçün dövlət qurumları və təhlükəsizlik şirkətləri ilə birlikdə çalışdığını qeyd edərək, problemin dərəcəsinə şərh verməkdən imtina edib. Daha sonra hücuma məruz qalmış müştərilərinin əlavə yardım və qaynaqlar üçün dəstək komandası ilə əlaqə saxlamalı olduqlarını bildirib.

Hücumlarda Çin hökumətinin dəstəklədiyi aktorlar günahlandırılıb. Eyni zamanda, Çin hökuməti ittihamları təkzib edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm