
“Twitter”in qurucusu Cek Dorsin özünün ilk paylaşımını Valuables auksionunda hərraca çıxarıb.
Publika.az “Sputnik” Agentliyinə istinadla xəbər verir ki, artıq onlayn auksionda C.Dorsinin ilk tvitinə bir milyon ABŞ dolları xərcləməyə hazır olan şəxs də var.
Qeyd olunur ki, C.Dorsi ilk tvitini 2006-cı ilin 21 mart tarixində paylaşıb.