Mark Zukerberqin də şəxsi məlumatları ƏLƏ KEÇİRİLDİ
Bizi izləyin

İKT

Mark Zukerberqin də şəxsi məlumatları ƏLƏ KEÇİRİLDİ

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq məlumatları yayılan 533 milyon istifadəçidən biri olub.

Publika.az "The New York Post"a istinadla xəbər verir ki, milyarderin telefon nömrəsi müxtəlif onlayn resurslarda paylaşılıb.

Xəbərə görə, diqqətli “Twitter” istifadəçilərindən biri yayılan məlumatlar siyahısında M.Zukerberqin telefon nömrəsini görüb və dərhal səhifənin ekran şəklini (skrinşotunu) çəkərək öz hesabında paylaşıb.

Xatırladaq ki, dünən “Business Insider” nəşri 106 ölkədən olan 533 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatları və telefon nömrələrinin internetdə açıq şəkildə yayımlanması barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, ən çox ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadan olan “Facebook” istifadəçiləri zərər çəkib.

Yayılan məlumatlar sırasına sosial şəbəkə istifadəçilərinin adları, yaşadığı ünvan, doğum tarixləri və telefon nömrələri daxildir.

Qeyd olunur ki, “Facebook” rəhbərliyi məsələ ilə əlaqədar göndərilən sorğuya cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm