Vatsapda daha bir TƏHLÜKƏ - "ÇƏHRAYI TEMA"
Bizi izləyin

İKT

Vatsapda daha bir TƏHLÜKƏ - "ÇƏHRAYI TEMA"

Vatsap mesencerində yeni dələduzluq növü yayılmağa başlayır.

Publika.az "Nocomment"ə istinadla xəbər verir ki, istifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi fonunda gələn ismarıcda “çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və akaunt məlumatlarını istəyən proqram yüklənir.

Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək Vatsapın bütün akauntlarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur.

Bir qədər əvvəl Vatsapda istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların akauntlarının bağlandığı barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm