Smartfonlarda yaranan ciddi problemin SƏBƏBİ BİLİNDİ
Bizi izləyin

İKT

Smartfonlarda yaranan ciddi problemin SƏBƏBİ BİLİNDİ

"Bu gün saat 09:00 radələrindən başlayaraq ölkə ərazisində və dünyada "Android" platformasının "Google" servisində xətalar meydana gəlib".

Publika.az xəbər verir ki, bu barədə "KTLab" Kiber Təhlükəsizlik Laboratoriyasının İnformasiya Mərkəzinin məlumat araşdırma qrupu məlumat verib.

Mərkəzin rəhbəri informasiya analitiki Nərgiz Həsənova bildirib ki, araşdırmalar nəticəsində baş verən xətalar tətbiq daxilindəki proqram problemləri və yenilənmələri ilə bağlıdır:

""Google" dayandırıldı" xətası "Samsung", "Xiaomi" kimi "Android" telefonlarda meydana çıxıb. Servislərdə xətaların mənbəyi "Android system webview" yenilənməsi ilə əlaqədardır. Xidmət əsasən avtomatik olaraq yeniləndiyindən yeniləmə problemi olduqda telefonunuzda ani vəziyyətə səbəb olacaq. Həlli isə "Google Play"ə daxil olaraq "Android system webview"u müvəqqəti silmək və yeni versiyasının bu problemi həll etməsini gözləməkdir. Lakin "Android system webview" bir çox google xidmətləri ilə əlaqəli olduğundan bu komponentin silinməsi və ya ləğvi bəzi tətbiqlərin normal işləməsinə maneə olacaq. Hazırda "Google" şirkəti və ya istifadəçi firmalar tərəfindən rəsmi məlumat yoxudur".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm