Müdafiə Nazirliyindən daha bir UĞUR - FOTO
Bizi izləyin

İKT

Müdafiə Nazirliyindən daha bir UĞUR - FOTO

Müdafiə Nazirliyinin "YouTube" kanalı şirkət tərəfindən “Gümüş mükafat”a layiq görülüb.

Publika.az xəbər verir ki, şirkət tərəfindən təsis edilmiş “Gümüş mükafat” Müdafiə Nazirliyinin rəsmi yutub kanalını idarə edən heyətə təqdim olunub.

"YouTube"un simvolunu əks etdirən mükafat 100 min nəfərdən artıq abunəçisi olan şəxslərə, şirkətlərə, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi yutub kanalı 2016-cı ilin iyunundan fəaliyyətə başlayıb. Bu müddət ərzində Müdafiə Nazirliyinin rəsmi kanalına 2000-ə yaxın video yüklənib. Ötən müddət ərzində kanala yerləşdirilən videoların ümumi izlənmə sayı 43 milyon 500 mindən artıqdır. 2021-ci ilin iyul ayına olan məlumata əsasən kanalın abunəçi sayı 107 mindən çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm