"Azercell"dən abunəçilərinə XƏBƏRDARLIQ: Bu mesajlara cavab verməyin!
Bizi izləyin

İKT

"Azercell"dən abunəçilərinə XƏBƏRDARLIQ: Bu mesajlara cavab verməyin!

“Azercell Telekom” MMC abunəçilərini “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırıb.

Şirkətdən Publika.az-a bildirilib ki, müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyəti yoxdur.

Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün abunəçilərinə şübhəli zənglərə və SMS-lərə geri dönüş etməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm