İKT
Smartfonların bilinməyən gizli funksiyaları - FOTO
Bir çox istifadəçi smartfonlarının bütün xüsusiyyətlərindən xəbərsizdir. Əksər insanlar qadcetlərini funksionallığından ən yaxşı halda 20% istifadə edir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın “INPRO.digital” şirkətinin baş direktoru Vitali Arbuzov mobil telefonların bəzi gizli funksiyalarından danışarkən bildirib.
Onun sözlərinə görə, qadcetlər istifadəçinin vaxtını optimallaşdırmağa kömək edir. Məsələn, telefonlarda vacib kontaktları əsas ekrana gətirmək imkanı var.
“Bunu ekranda demək olar ki, iki toxunuşla edə bilərsiniz. Belə kontaktlar üçün say məhdudiyyəti yoxdur”, - deyə ekspert bildirib.
Bundan başqa cihazın işini sürətləndirmək mümkündür: “Ayarlar” bölməsində edilən dəyişikliklər proqramların açılması, bağlanması və tapşırıq panelinin animasiyasına təsir edəcək.
Həmçinin smartfonlarda səsi mətni köçürmək mümkündür.
“iPhone”da bu funksionallıq klaviaturada yerləşib. “Android”də isə “Nitq sintezi” bölməsindəki parametrlərlə bunu aktivləşdirmək mümkündür”, - deyə Arbuzov bildirib.
O, həmçinin “telefon daxilində telefon” yaratmaq imkanından danışıb. Bunun üçün “qonaq rejimi”ni aktivləşdirmək lazımdır.
“Telefonunuzu bir müddət başqasına vermək məcburiyyətində qalsanız və cihazda saxlanan məlumatların təhlükəsizliyindən narahatsınızsa, o zaman “qonaq rejimi”ndən istifadə edə bilərsiniz. Bu rejim sizə smartfonun daxilində başqa telefon yaratmağa imkan verir. O, proqramları, axtarış tarixçəsini, fotoşəkilləri, mesajları və s. gizlədir. Bu rejim şəxsi məlumatların sızmasını azaldır və telefonunuzu başqa istifadəçiyə müəyyən müddətə verəcəyiniz halda informasiya təhlükəsizliyinin səviyyəsini artırır”, - deyə ekspert sözlərini yekunlaşdırıb. (Oxu.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)


























.jpg)


