İKT
Kompüter və noutbukların qiyməti son bir ildə 40 FAİZ BAHALAŞIB
Azərbaycanda fərdi kompüterlərin, noutbukların və planşetlərin qiymətində son bir il ərzində ciddi artım qeydə alınıb.
Publika.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin sentyabrda fərdi kompüterlərin qiyməti 1061,03 manat təşkil edirdisə, oktyabrda bu rəqəm 1080,95 manata yüksəlib. Bu da 19,92 manat və ya 1,9% artım deməkdir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,5% yəni, 311,69 manat artım t olub. Xatırladaq ki, ötən ilin oktyabrında fərdi kompüterlərin qiyməti 769,26 manat idi.
Noutbukların qiyməti sentyabr ayı ilə müqayisədə 1237,31 manatdan 1259,01 manata doğru dəyişib. Nəticədə qiymətlər 21,7 manat yəni 1,7% artım olub.Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər 875,94 manatdan 1259,01 manata yüksəlib. Bununla da 383,07 manat, yəni 43,7% artım baş verib.
Planşet kompüterlərdə cari iin sentyabr-oktyabr aylarında ciddi artım baş verməyib. Oktyabr ayında göstəricələr 400,08 manatdan 401,72 manata yüksəlib. Bununla da artım üzrə göstərici 0,92 manat və ya 0,2% təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə planşetlərin qiyməti 59,72 manat yəni, 17,5% artaraq 342,00 manatdan 401,72 manatadək bahalaşıb.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)

.jpg)



















.jpg)
.jpg)