İKT
Azərbaycan texnologiyaları Avropa və Afrikada tətbiq olunacaq
25 noyabrda Azərbaycanın SINAM şirkəti və Litvanın BS/2 şirkəti bank sistemində birgə fəaliyyət üzrə əməkdaşlıq memorandumu imzalayıb. Memorandum Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank və İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən VI Beynəlxalq bank Forumunda təsdiqlənib.
Publika.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində sima üzərindən şəxsiyyəti təsdiq edən proqram təminatının Litva şirkətinin Avropa və Afrika ölkələrindəki bankomat şəbəkəsində tətbiq edilməsi nəzərdə tutulub.
İlkin mərhələdə SINAM və BS/2 şirkətlərinin birgə həlli bankomat vasitəsilə ani kreditlərin alınması üçün istifadə ediləcək.
Əməkdaşlığın növbəti mərhələlərində birgə həllərin əhatə dairəsinin genişləndirilməsi də planlaşdırılır.
Bunu da qeyd edek ki, SINAM şirkəti Transxəzər və Orta Asiya regionlarında çoxsaylı İT məhsul və xidmətləri, elektron hökumət həllərini, o cümlədən e-İmza həllini yaradan və tətbiq edən qabaqcıl inteqratordur.
Qeyd edək ki, IV Beynəlxalq Bank Forumunda SİNAM “Müəssisə resurslarının planlaşdırılması” (SERP), “Elektron Sənəd Dövriyyəsi və Arxiv sistemi” (SESDA), “e-İmza üzrə Sertifikatlaşdırma Mərkəzi “(SPKİS) proqram kompleksi, “Təlimlərin Mərkəzi İdarəetmə Sistemi” (Edutube) və “Onlayn Video-konfrans Sistemi” (Meetadore) kimi həlləri ilə təqdim olunub.
SINAM şirkətinin rəqəmsal imza üzrə həlli Azərbaycanın Mərkəzi Bankında və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində artıq tətbiq olunub. Deloitte şirkəti tərəfindən SINAM-ın rəqəmsal imza həlli beynəlxalq sertifikasiyadan keçib və kibertəhlükəsizlik, İSO və digər istiqamətlər üzrə tam olaraq müasir tələblərə cavab verir.
Xatırladaq ki, Litvanın BS/2 şirkəti öz texnologiyalarını 80-dən artıq ölkədə tətbiq etmişdir və banklar, maliyyə müəssisələri və ticarət-servis təşkilatları üçün ixtisaslaşdırılmış proqram təminatı və texnoloji həllər hazırlayan qabaqcıl şirkətdir.
Aydan Beydullayeva
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)

.jpg)



















.jpg)
.jpg)