İKT
SOCAR-ın törəməsi və “Azərkosmos” bu xidmətlə bağlı razılığa gəldi
“SOCAR Midstream Operations Limited”şirkəti (SOCAR-ın törəmə şirkəti) Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsində yerləşən strateji əhəmiyyətli Ərsin Buraxma Stansiyasını zəruri peyk interneti rabitəsi ilə təmin edib.
Bu barədə Publika.az "İnterfaks-Azərbaycan"a istinadən xəbər verir.
“Bu məqsədlə CQBK-nın operatoru olan “SOCAR Midstream Operations” ilə “Azərkosmos” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Stansiya ənənəvi rabitə vasitələrinin əhatə dairəsi xaricində yerləşir. Peyk internetindən istifadə ucqar ərazilərlə əlaqəni gücləndirməklə CQBK-nın texniki operatorluğunun keyfiyyətini daha da yaxşılaşdırıb”, -“SOCAR Midstream Operations”şirkətinin məlumatında deyilir.
Məlumata əsasən, internet xidmətləri “Azerspace-1” peykinin “Azconnexus” platforması vasitəsilə göstərilir.
“Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki üzərindən fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən faydalanmağa imkan verir”, - məlumatda deyilir.
“Azconnexus” platforması hətta ən ucqar ərazilərə belə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli genişzolaqlı peyk internet xidmətləri təqdim edir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu “SOCAR Midstream Operations” MMC həyata keçirir.
Boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.
Boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqlinə 2018-ci ilin iyun ayında başlanılıb.
Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır.
“SCP Co.” şirkətinin səhmdarları BP (29,99%), TPAO (19%), SOCAR (14,35%), “Cənub Qaz Dəhlizi” QSC (6,7%), LUKOIL (19,99%) və NIKO (10%) şirkətləridir.
CQBK Cənub Qaz Dəhlizinin komponentidir. 2019-cu ildən etibarən boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 29 milyon kubmetr təşkil edir. Kəmərlə Avropaya qaz nəqlinə 2020-ci ildə başlanılıb.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı











.jpg)


.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



