İKT
Mask sui-qəsdin koordinatlarını yayan jurnalistlərin hesabını blokladı
Tviter sosial şəbəkəsinin rəhbərliyi Amerikanın aparıcı mediasından bir neçə jurnalistin hesabını bloklayıb. Bu barədə “The New York Times” məlumat yayıb.
Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sosial şəbəkənin rəhbərliyi CNN teleşirkətinin, “The New York Times”, “The Washigton Post” qəzetlərinin, “The Intercept” və “Mashable” portallarının müxbirlərinin, həmçinin bir neçə müstəqil jurnalistin hesabının fəaliyyətini dayandırıb. CNN qeyd edir ki, bu ölçünün tətbiq edildiyi jurnalistlər tviter və bu şəbəkəni oktyabrda almış İlon Mask ətrafında vəziyyəti fəal işıqlandırırdılar.
Maskın şərhinə görə, hesabları bloklanmış jurnalistlər onun yerini real vaxt rejimində yerləşdirməklə əslində sui-qəsdin koordinatlarını veriblər ki, bu da sosial şəbəkə qaydalarının aşkar pozulmasıdır. Şəxsi məlumatların zərərli niyyətlə yayılması ilə bağlı hamıya tətbiq edilən qaydalar jurnalistlərə də eynən tətbiq olunur.
Tviterdə Maskın şəxsi təyyarəsinin getdiyi yerlər barədə informasiya yerləşdirən hesab bağlanıb. Blumberq agentliyinin məlumatına görə, bu hesabı 2020-ci ildən Mərkəzi Florida Universitetinin tələbəsi Cek Suini açıb. 2021-ci ildə Mask həmin gəncə hesabın silinməsi üçün 5000 dollar təklif edib. Suini isə bu məbləğlə razılaşmayaraq 50 min dollar tələb edib.
Sahibkar öz tviter səhifəsində söz azadlığına sadiqliyinin güclü olduğunu yazaraq bildirmişdi ki, təyyarəsini izləyən hesabı, ona şəxsi təhlükə yaratmasına baxmayaraq, bağlamağı planlaşdırmır. Oktyabrın 27-də Mask tviteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağladı. Çox keçmədən o, hesabın bloklanması siyasətində dəyişiklik etdiyini açıqladı.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)
.jpg)





















.jpg)
.jpg)