İKT
Dövlət qurumlarında "TikTok" qadağan edildi
ABŞ Konqresinin Nümayəndələr Palatası qanunvericilərə iş cihazlarında "TikTok" sosial şəbəkə proqramından istifadə etməyi qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb.
Xəbərə görə, bildiriş Nümayəndələr Palatasının İnzibati Məsələlər Komitəsi tərəfindən göndərilib:
"Kibertəhlükəsizlik Aparatı "TikTok" mobil tətbiqinin bir sıra təhlükəsizlik təhdidləri səbəbindən istifadəçilər üçün yüksək risk yaratdığı qənaətinə gəlib".
Qeyd edək ki, bununla bağlı əvvəlki müddəa Konqresin hər iki palatası tərəfindən qəbul edilən 2023-cü Maliyyə İli Maliyyələşdirmə Qanununa daxil edilib.
Dekabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı "TikTok"un ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti "TikTok"un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək “bacarığına malikdir”.
Ayşən
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)
.jpg)





















.jpg)
.jpg)