İKT
Səudiyyənin yeni hədəfləri - Media Forumunda açıqlandı
“Ərəb dünyası yeni informasiya texnologiyaları imkanlarını genişləndirir. İnformasiya texnologiyaları sahəsinə və infrastruktura sərmayəni genişləndirməklə regionun media sənayesində sürətli dəyişikliklər edilir”.
Publika.az xəbər verir ki, bu fikir "Səudiyyə Media Forumu 2" konfransında səsləndirilib.
Forumun sessiyalarında Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz, media və ticarət naziri Məcid bin Abdullah Al- Qəssabi, investisiya naziri Xalid Al- Falih də iştirak ediblər.
Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz medianın cəmiyyətdə rolundan danışaraq rəhbərlik etdiyi nazirliyin media sektorunda çalışanlarının sayının bu il iki dəfə artırılacağını söyləyib: "Həqiqəti əks etdirən media başqalarının sizi necə gördüyünü bilmək üçün güzgü ola bilər. Bu, işin inkişafına təkan verər".
Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih qeyd edib ki, neftlə bağlı olmayan yeni sektorların və iqtisadiyyatların qurulması onun rəhbərlik etdiyi nazirliyin əsas prioritetidir: "Krallığın iqtisadi inkişaf planı da buna əsaslanır".
Səudiyyə Ərəbistanının ticarət və media naziri vəzifəsini icra edən Məcid bin Abdullah Al-Qəssabi bildirib ki, bu sahədə icra olunan layihələr və təşəbbüslər media sənayesində mövcud olan, problem yaradan halları təqdim etmək üçün media və biznes peşəkarları arasında da rəqabəti təşviq edir: "Biz hamımız daha yaxşı media gələcəyinə nail olmağa can atırıq".
Xatırladaq ki, forum ərəb və dünya ölkələrinin media sənayesi rəhbərlərini, ekspertləri və KİV nümayəndələrini, həmçinin rəsmi şəxsləri bir araya toplayıb. Səudiyyə Jurnalist Assosiasiyası ilə Səudiyyə Yayım Orqanının birgə təşkilatçılığı ilə baş tutan forumda 1500-ə yaxın nümayəndə iştirak edir. Fevralın 20-21 də keçirilən tədbirdə beynəlxalq ekspertlər medianın inkişafına yönəlik təcrübələri paylaşır, müzakirələr aparılır, sektorun qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün həll yolları təklif olunur.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu






_1507621258_1508480454.jpg)






.jpg)





.jpg)



















