İKT
Avropa Komissiyasından tələb: TikTok-u silin
Avropa Komissiyası işçilərdən tələb edib ki, onlar ofis smartfonlarında TikTok sosial şəbəkəsindən istifadəni dayandırsınlar.
Publika.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Bu qərar Avropada kibertəhlükəsizliyin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin gücləndirilməsi fonunda qəbul edilib.
“Komissiyanın məlumatlarını qorumaq və onun kibertəhlükəsizliyini artırmaq üçün Aİ Korporativ İdarəetmə Şurası TikTok tətbiqini korporativ cihazlarda, eləcə də Komissiyanın mobil cihaz xidmətlərində qeydiyyatdan keçmiş şəxsi cihazlarda qadağan etmək qərarına gəlib”,- deyə rəsmilər bildiriblər.
Bu, 15 mart 2023-cü il tarixinədək silinməlidir. Tələblərə əməl etməkdən imtina edənlər bir sıra korporativ xidmətlərə, o cümlədən poçt və Skype-ın biznes versiyasına çıxışı itirəcəklər.
“Biz bu qərardan məyus olduq, onun səhv olduğunu və fundamental yanlış təsəvvürlərə əsaslandığını düşünürük. Biz hər ay TikTok-a daxil olan Aİ üzrə 125 milyon insanın məlumatlarını necə qoruduğumuzu aydınlaşdırmaq və izah etmək üçün Komissiya ilə əlaqə saxladıq”, - TikTok sözçüsü bildirib.
TikTok servisinin Çinin "ByteDance" korporasiyasına məxsus olduğu məlumdur.
Ayşən
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?











.jpg)























.jpg)
