İKT
"Meta" yeni süni intellektini işə salır
“Meta” şirkəti süni intellektə əsaslanan özünün LLaMA dil modelini işə salır.
Publika.az “RBC-Ukraine”ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq feysbuk səhifəsində yazıb.
“Bu gün biz tədqiqatçılara işlərini inkişaf etdirməyə kömək edəcək LLaMA adlı yeni müasir böyük dil modelini işə salırıq”, - o bildirib.
M.Zukerberqin sözlərinə görə, dil modeli mətnin yaradılmasında, söhbətlərdə, yazılı materialın ümumiləşdirilməsində və riyazi teoremlərin həlli və ya zülal strukturlarının proqnozlaşdırılması kimi daha mürəkkəb tapşırıqlarda perspektiv nümayiş etdirib.
Eyni zamanda şirkət xəbərdarlıq edib ki, böyük dil modellərində qərəz, toksik şərhlər və halüsinasiyalar risklərini aradan qaldırmaq üçün hələ daha çox araşdırma tələb olunur.
LLaMA-ya giriş fərdi əsasda akademik tədqiqatçılara, dövlət və ictimai təşkilatlara, dünya üzrə tədqiqat laboratoriyalarına təmin ediləcək.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































