İKT
60 ildən sonra ilk dəfə - Nokia dəyişir
Finlandiyanın Nokia telekommunikasiya şirkəti 60 ilə yaxındır istifadə etdiyi loqoda dəyişiklik edib.
Publika.az xəbər verir ki, şirkət nümayəndələrinin fikrincə, yeni loqo daha müasir və texnoloji görünür.
Nokia-nın baş direktoru Pekka Lundmark Bloomberg-ə bildirib ki, bir çox insanlar hələ də Nokia-nı cib telefonları ilə əlaqələndirirlər, lakin indi şirkət diqqətini şəbəkələrə (özəl 5G şəbəkələrinin yaradılması və 6G-nin inkişafı daxil olmaqla) və sənaye rəqəmsallaşmasına yönəltməyi planlaşdırır.
Lundmark bildirib ki, bu xarakterli korporativ həllər Nokia-nın keçən il gəlirinin 8%-ni təşkil edib, lakin çox da uzaq olmayan gələcəkdə biznesi “iki rəqəmli rəqəmlərə” yüksəltməyi planlaşdırır.
Lundmark həmçinin qeyd edib ki, şirkət “bu gün B2B texnologiya innovasiyasında lider olaraq kim olduğumuzu əks etdirmək” üçün rebrendinq edir.
Nokia-nın artıq məşğul olmaq istəmədiyi telefon biznesi 2014-cü ildə Microsoft tərəfindən 7 milyard dollara alınıb və 2016-cı ildə Nokia brendi altında telefonlar istehsal edən HMD Global şirkətinə yenidən satılıb.
Şirkətin yeni loqosu NOKIA sözünü təşkil edən 5 müxtəlif formadan ibarətdir.
Ayşən

-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək













.jpg)


.jpg)

.jpg)




















