İKT
Mask özü üçün proqram yaradır
Elon Musk OpenAI-dən öz ChatGPT analoqunu yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “The İnformation” yazıb.
Yeni layihə üzərində iş hələ başlamayıb. Məlumata görə, Mask son həftələrdə bir neçə süni intelllekt mütəxəssisinə yeni tədqiqat laboratoriyası yaratmaq təklifi ilə müraciət edib.
Nəşrin məlumatına görə, ChatGPT kimi söhbət botlarında istifadə olunan maşın öyrənmə modelləri üzrə ixtisaslaşan mühəndis İqor Babuşkin yeni layihəyə rəhbərlik etməli olacaq. O, bu yaxınlarda Alphabet-in DeepMind AI bölməsini tərk edib.
Qeyd edək ki, son aylarda Mask dəfələrlə OpenAI-ni ChatGPT-nin istifadəçiləri təhqir edə biləcək mətn yaratmasına mane olan mühafizələrdən istifadə etdiyinə görə tənqid edib.
Onun şərhləri göstərir ki, rəqabət aparan chatbot ChatGPT və Microsoft tərəfindən bu yaxınlarda istifadəyə verilmiş chatbot ilə müqayisədə mübahisəli mövzularda daha az məhdudiyyətə malik olacaq.
Maraqlıdır ki, 2015-ci ildə İlon Mask ChatGPT-ni inkişaf etdirən OpenAI-nin həmtəsisçisi olub. Lakin 2018-ci ildə maraqlar toqquşması səbəbindən direktorlar şurasından istefa verib.
OpenAI baş direktoru və ChatGPT-nin yaradıcısı Sam Altman illər ərzində bir sıra texnologiya şirkətlərinə, o cümlədən Elon Maskın Neuralink və Aleksis Ohanyanın Redditinə sərmayə qoyub.
Ayşən
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi











.jpg)






















.jpg)
