İKT
Qlobal çip satışları çökdü - Bu şirkətlərə böyük ZƏRBƏ DƏYDİ
Bu ilin yanvarında 2022-ci ildə rekord yüksək satışdan sonra qlobal yarımkeçirici bazarı əhəmiyyətli dərəcədə azalıb - çip satışı bir ayda 18,5 faiz azalaraq 41,33 milyard dollar olub.
Publika.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SİA) məlumat yayıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni ayında dünyada satış 50,74 milyard dollar təşkil edib. Bundan başqa, ötən ilin dekabr ayı ilə müqayisədə bazarda pul ifadəsində (43,61 milyard dollar) 5,2 faiz az məhsul satılıb.
Satışlar ən çox Çində azalıb - mənfi 31,6 faiz. İkinci yerdə Asiya-Sakit okean hövzəsi və digər regionlar (19,5 faiz), üçüncü yerdə isə Amerika qitəsi (12,4 faiz) qərarlaşıb. Eyni zamanda, əksinə, Avropa və Yaponiyada satışlar müvafiq olaraq 0,9 və 0,7 faiz artıb.
“Mövcud qısamüddətli dövri tənəzzülə baxmayaraq, bu günün və sabahın kritik texnologiyalarını gücləndirməkdə çiplərin daim artan rolu səbəbindən uzunmüddətli bazar perspektivi güclü olaraq qalır", - SİA prezidenti və baş icraçı direktoru Con Noyfer deyib.
Oktyabr ayında ABŞ Ticarət Departamenti ABŞ şirkətlərinə və şəxslərə xüsusi ixrac lisenziyası olmadan ABŞ-da istehsal olunan yarımkeçiricilərin Çinə satışını qadağan edib. Görülən tədbirlər Çin şirkətlərinə böyük zərbə vurub.
Hüseyn İbadlı
-
Hadisə21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA











.jpg)
















.jpg)





.jpg)




