İKT
DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara MÜRACİƏT - FOTO
Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır.
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a bildirilib ki, həmin sosial şəbəkə səhifələrində ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur, həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevirilirlər.
"Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər", - DİN-dən bildirilib.
-
Hadisə21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA











.jpg)
















.jpg)





.jpg)




