İKT
Şuşa ilə bağlı YENİ MÜJDƏ: yaxın aylarda...
"Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri bitib və yaxın aylarda stansiyanın tikintisinə başlayacağıq".
Publika.az xəbər verir ki, bunu "ASAN Radio"nun efirində "Rəqəmsal Dialoq" verilişinin qonağı olan "Teleradio" İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov deyib.
"Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Onun işıqlanması və görüntüsü çox maraqlıdır. Stansiyada təkcə radio və televiziya yayımı olmayacaq, telestudiyalar da yerləşdiriləcək", - E.Həsənov əlavə edib.
O işğaldan azad edilmiş ərazilərdə digər stansiyaların da tikintisinin planlaşdırıldığını vurğulayıb:
"Bunlar Zəngilanda Mincivan stansiyası, Qubadlının Xanlıq və Balasoltanlı stansiyalarıdır. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə 25-ə yaxın stansiya olub. Bu ərazilər işğaldan azad edildikdən sonra ilkin monitorinqlər nəticəsində 20-ə yaxın stansiyanın bərpa edilməsinə qərar verildi. Bu, maksimum saydır. Hazırda bu istiqamətdə işlər davam edir. Azad edilmiş ərazilərdə 6 stansiyada yayım bərpa olunub. Onlardan ən böyüyü Şuşada müvəqqəti stansiyadır. Bu stansiyada 10-a yaxın televiziya proqramı və 7 FM kanalı yayımlanır. Digəri Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında Şahyeri stansiyasıdır. Burda da 10-a yaxın televiziya proqramı və 5 FM kanalı yayımlanır. Laçın və Kəlbəcərdə də müvəqqəti olaraq radio və televiziya yayımını bərpa etmişik".
-
Sosial20:17Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”











.jpg)























.jpg)
