İKT
“WhatsApp”dan qısqanc insanlar üçün "hədiyyə" - FOTO
“WhatsApp” bir neçə cihazda istifadəni çətinləşdirən əsas çatışmazlıqlardan birini həll edib. Belə ki, artıq populyar mesenceri bir hesabdan eyni anda bir neçə smartfonda istifadə etmək mümkündür.
Publika.az xəbər verir ki, bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın yuxarı sağ küncündə yerləşən üç nöqtənin üzərinə vurub “Mövcud hesabla bağlamağ”ı seçməlisiniz. Sonra əsas smartfonu götürməli, “WhatsApp”ın əsas səhifəsində üç nöqtəni vurmalı və “Əlaqəli cihazlar” bölməsini seçməli, sonra isə ikinci smartfonda görünən QR kodunu skan etməlisiniz.
Beləliklə, istifadəçilər eyni anda birdən çox cihazdan, o cümlədən fərdi kompüterdən, planşetdən və ikinci “Android” smartfonundan mövcud hesablarına daxil ola bilərlər.
Yeni “Companion” rejimi artıq “Android” cihazlarında mesencerin beta versiyasının istifadəçiləri üçün əlçatandır.
Sabit quruluşda və “Apple” cihazlarında yeni funksiyanın görünmə tarixi hələ bildirilməyib.
Yenilik istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəziləri bu funksiyanın onların işini asanlaşdıracağını desələr də, digərləri təhlükəsizlik baxımından narahatlıqlarını dilə gətiriblər. Funksiyanı zarafatla qarşılayanlar da olub: onların fikrincə, yenilik sevgililərini qısqanan insanlar üçün “hədiyyə”dir. (oxu.az)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































