İKT
İlon Mask süni intellektdən narahatdırmı?
Amerikalı milyarder İlon Mask açıqlaması zamanı bildirib ki, süni intellekt (AI) sahəsində dövlət nəzarətinə ehtiyac var.
Publika.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
Mask hesab edir ki, süni intellekt insanlar üçün təhlükə yarada bilər. Nəzarət nümunəsi kimi o, qida və dərman sənayesi, eləcə də təyyarə tikintisi üzrə dövlət tənzimləyicilərini göstərib.
"Məncə, AI daha diqqətli olmalıdır. Hökumətin hansısa formada nəzarəti lazımdır, çünki bu, insanlar üçün təhlükə yaradır. İnsanlara zərər verə biləcək şeylərə nəzarət etmək üçün bu nəzarət orqanlarımız var. Şirkətlərin təhlükəsizlik tələblərinə məhəl qoymamasına və bunun nəticəsində insanların əziyyət çəkməsinə yol verilməməlidir. Uzun müddətdir ki, süni intellektin tənzimlənməsinin tərəfdarı olmağımın səbəbi budur ”, - Mask bildirib.
O, deyib ki, TruthGPT söhbət botunun öz versiyasını işə salmaq niyyətindədir.
Maskın fikrincə, bu, “təhlükəsizliyə aparan əmin yol” olacaq. Yeni süni intellekt “kainatı dərk etməyə önəm verir” və çətin ki, onun “maraqlı hissəsi” olan insanları məhv etmək istəsin.
Məlumata görə, Mask aprelin ortalarında X.AI adlı süni intellekt şirkətini işə salıb.
Bundan əvvəl Mask və onun süni intellektin inkişafı ilə bağlı araşdırma aparan mindən çox həmkarı güclü neyron şəbəkələrin hazırlanmasına ən azı altı ay qadağa qoyulmasını tələb ediblər. Ekspertlərin fikrincə, süni intellektin öyrənilməsi prosesi nəzarətdən çıxıb, indi texnologiya bütün bəşəriyyət üçün təhlükə yarada bilər.
Ayşən
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi











.jpg)
























.jpg)
