İKT
İlk dəfə mobil telefonla ona zəng edilib - VİDEO
"Baku" TV Gülnar Muradovanın mobil telefonun tarixçəsi və inkişafı ilə bağlı araşdırmasına həsr olunmuş süjet hazırlayıb.
Publika.az xəbər verir ki, Süjetin müəllifi ilk dəfə mobil telefonla edilən zənglə bağlı məlumat verir:
“1973-cü ilin apreli idi. Nyu-Yorkun mərkəzi küçələrinin birində əlində əcaib qurğunu saxlayıb telefonla danışan kişi hamının nəzərini özünə cəlb etməyi bacarmışdı. Bu zaman küçədəki insanlar bəlkə də onun yadplanetli olmasını düşünüblər. Amma o, yadplanetli deyildi. Həmin insan mühəndis Martin Kuper idi. Əlindəki əcaib aparat isə ilk telefon idi. O, rəqib şirkətdə çalışan həmkarı Coel Engelə zəng vurmuşdu. Çünki həmkarına nə vaxtsa bu möcüzənin baş verəcəyinə söz vermişdi. Məhz bu zəng yeni mobil eranın başlanğıcı və əlaqə yaratmaq sahəsində inqilab idi”.
Süjetdə, həmçinin Azərbaycanda mobil rabitənin inkişafına toxunulur. Bildirilir ki, bu sahə Ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Nəzarət Şurasının sədri Sirus Abasbəyli Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib: “Ulu öndərin qəbulunda olarkən ona ən son model mobil telefon aparatı hədiyyə etdik. Bir neçə mobil nömrə verdik. 211 00 01 və 09-a qədər nömrələri şəxsən təqdim eləmişəm. Burada 10 ədəd nömrə var”.
Daha ətraflı Baku TV-nin süjetində:
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq











.jpg)

























.jpg)
