İKT
Hakerlərin hücumuna ən çox məruz qalan 10 ölkə
Rusiya dünyada hakerlərin ən çox hücumuna məruz qalan on ölkədən biridir.
Publika.az xəbər verir ki, hakerlər tərəfindən Rusiya şirkətlərinə təşkil edilən DDoS hücumlarının əsas hədəfləri dövlət sektoru (ümuminin 37 faizi) və maliyyə sənayesidir (23 faiz). StormWall analitikləri bu məlumatları "Lenta.ru" ilə paylaşıblar. Onlar həmçinin belə qənaətə gəliblər ki, 2023-cü ilin ikinci rübündə Rusiya dünyanın ən çox hücuma məruz qalan on ölkəsi sırasında olub.
Mütəxəssislər hakerlər tərəfindən ən çox istifadə edilən digər cəlbedici hücum vektorlarının telekommunikasiya (18 faiz) və enerji sektorları (7 faiz), o cümlədən neft sənayesi (5 faiz) olduğunu bildirib. StormWall həmçinin bəyan edib ki, 2023-cü ilin ikinci rübündə Rusiya şirkətlərində DDoS-ların ümumi sayı keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çox olub.
Hakerlərin ən çox hücumuna məruz qalan ölkələrin reytinqində Rusiya səkkizinci yerdədir. Bu siyahıda ilk üç yeri ABŞ, Hindistan və Çin tutub.
Bundan əlavə, informasiya təhlükəsizliyi üzrə mütəxəssislər qeyd ediblər ki, hakerlər əsasən şirkətlərə və ya dövlət qurumlarına maksimum zərər vurmağa imkan verən mürəkkəb DDoS hücumları təşkil edirlər.
Mehti Kamiloğlu
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi











.jpg)


























.jpg)
