İKT
"Twitter" "Threads"a görə "Meta"nı məhkəmə ilə HƏDƏLƏDİ
"Twitter" "Meta" Korporasiyasını "Threads" tətbiqini işə salarkən kommersiya sirlərini mənimsəməkdə və şirkətin əqli mülkiyyətindən istifadə etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.
"Twitter" platformasının maraqlarını təmsil edən hüquqşünas Aleks Spiro korporasiyanın rəhbəri Mark Zukerberqə müvafiq məktub göndərib. O qeyd edib ki, "Meta" amerikalı milyarder Elon Mask tərəfindən satın alındıqdan sonra şirkətdə kütləvi ixtisar zamanı onlarla "Twitter" əməkdaşını işə götürüb. Hüquq müdafiəçisi bu əməkdaşların kommersiya sirri olan məlumatlara malik olduğunu vurğulayıb. Sənəddə qeyd edilir ki, "Twitter" qanuni tədbirlər görmək hüququnu özündə saxlayır.
"Threads" proqramı iyulun 6-da tam istifadəyə verilib. Tətbiq "Instagram" əsasında hazırlanıb. Onun "Twitter"in analoquna çevriləcəyi gözlənilir.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər










.jpg)



























.jpg)
