İKT
"Meta" ilə Kanada arasında gərginlik: Xəbərlərə giriş dayandırılacaq
"Meta" şirkəti Kanadadakı bütün istifadəçilər üçün "Facebook" və "Instagram"da xəbərlərə çıxışı dayandırma prosesinə başladığını bildirib.
Publika.az xəbər verir ki, Kanada hökuməti isə ödəniş əvəzinə xəbərlərə çıxışını dayandıran şirkətə sərt reaksiya verib. Bu addım ölkədəki internet nəhənglərinin xəbər nəşriyyatlarına pul ödəməsini tələb edən qanunvericiliyə cavab olaraq atılıb.
"Meta"nın kommunikasiyalar üzrə direktoru Endi Stoun bildirib ki, dəyişikliklər yaxın həftələrdə həyata keçiriləcək. Hökumətin "Meta" ilə işlərinə cavabdeh olan naziri Paskal Sent-Onj bu addımı məsuliyyətsizlik kimi qiymətləndirib. O, verdiyi açıqlamada, "Meta" xəbər təşkilatlarına ədalətli payı ödəməkdənsə, istifadəçilərinin keyfiyyətli, yerli xəbərlərə çıxışını əngəlləməyi seçdi",- deyə bildirib.
"Biz öz yerimizdə dayanmağa davam edəcəyik. Axı hökumət kanadalıları texnologiya nəhənglərinə qarşı müdafiə edə bilmirsə, kim müdafiə edəcək?”,- nazir deyib.
Kanada parlamenti tərəfindən qəbul edilən Onlayn Xəbərlər Aktı "Google"un ana şirkəti "Alphabet" və "Meta" kimi platformaları məzmunlarına görə Kanada xəbər nəşriyyatları ilə kommersiya müqavilələri bağlamağa məcbur edəcək. Qanunvericilik texnologiya firmalarına xəbərlər üçün pul ödəməyə çalışan qlobal hökumət tendensiyasının bir hissəsidir. Kanada qanunvericiliyi Avstraliyanın 2021-ci ildə qəbul etdiyi "Google" və "Facebook"un xidmətlərini məhdudlaşdırmaq üçün təhdidlərə səbəb olan qanuna bənzəyir. Qanunvericiliyə təklif edilən dəyişikliklərdən sonra hər iki şirkət nəhayət Avstraliya media şirkətləri ilə sövdələşmələr etmişdi.
Nəzrin
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər










.jpg)


























.jpg)
