İKT
FHN-in Akademiyasının məzunları vəzifələrə təyin olundu - FOTO
Avqustun 3-də Fövqəladə Hallar Nazirliyində FHN-in Akademiyasını bitirən məzunların Nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub.
Publika.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Nazirliyin püşkatma komissiyasının üzvləri və FHN yanında İctimai şuranın nümayəndələri də iştirak ediblər.
Əvvəlcə, nazir Kəmaləddin Heydərov zabit rütbəsinə layiq görülərək püşkatma yolu ilə vəzifələrə təyin olunan gəncləri təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir təyinatın ədalət və şəffaflıq prinsipləri əsasında reallaşdığını qeyd edərək, gənc zabitlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, onların Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Sonra 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında əyani təhsilini bakalavriat səviyyəsində başa vuran 100 məzun və magistratura səviyyəsində başa vuran 15 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə püşkatma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediliblər.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub











.jpg)



.jpg)
.jpg)
















.jpg)




