İKT
Məzuniyyətdə olarkən bu ehtiyatı əldən verməyin, yoxsa...
İşçilərin və şirkətlərin daha çox məzuniyyətdə olduğu yay ayları işlərin ləngidiyi dövrdür. Bu vəziyyəti fürsətə çevirən kiber cinayətkarlar tətil dövründə şirkətlərin minimum işçi sayından yararlanır.
Publika.az CNN-ə istinadən xəbər verir, Fişinq Müdafiə Mərkəzi (PDC) tərəfindən bu yaxınlarda dərc edilən bir araşdırma göstərir ki, cinayətkarlar şirkətdəki işçilərin az olmasında istifadə edərək, yeni kampaniya adı altında e-poçta məzuniyyət ərizəsi tipli aldadıcı sorğular göndərirlər.
Ərizə formasında istifadəçi adı və şifrə tələb edən hücumçular beləcə, işçilərin şəxsi məlumatlarını əldə edirlər. Boss fırıldaqçılığı (BEC) təhlükəsini ifşa edən bu üsul, tətil-səyahət fişinq hücumlarının necə inkişaf etdiyini ortaya qoyur.

İşçilərin 55%-i istirahət günlərində işləyərkən yalnız mobil cihazlarına güvəndiyini etiraf edir. Bu cür hücum üsulları təhlükəsiz mobil iş proqramlarının yaradılmasının xüsusilə vacib olduğunu bildirir.
Kiber cinayətkarlar ofisdən kənarda kiminsə şəxsiyyətini təqlid edə, eləcə də HR-ni təqlid edə bilirlər. Əgər kiminsə təqviminə və ya e-poçt hesabına daxil olarlarsa, təcavüzkarlar həmin şəxsin məzuniyyətdə olduğunu müəyyən edə bilir. Beləliklə, sistemə girir və ya pul qoparmaq üçün digər işçilərə mesaj göndərirlər. Bu cür hücumların qarşısını almaq üçün işçilərin e-poçtu diqqətlə yoxlamaları vacibdir.
Aysel Şahmar
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər










.jpg)


























.jpg)
