İKT
Telefonu yastığın altına qoyanlara "Apple"dan XƏBƏRDARLIQ!
"Apple"ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı müştərilərə xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlıqlı xəbərdarlıqda telefonların gecə boyu şarj edilməsinin doğru olmadığı qeyd olunub. "Apple" istifadəçilərə tövsiyə edib ki, cihaz enerji mənbəyinə qoşulubsa, dərinin onunla uzun müddətli təmasından qaçmaq üçün ehtiyatlı olmalısınız.
Xəbərdarlıqlarda qeyd olunub ki, cihazın enerji təchizatına qoşulmuş şarj kabeli və birləşdiricisinin dəri ilə uzun müddət təması narahatlıq və ya müəyyən problemlər yarada bilər.
İstifadəçilərə ünvanlanan məktubda həmçinin cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.
Aytən Məftun
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər










.jpg)


























.jpg)
