İKT
Bu şirkət işçilərini qovmaqla hədələyir
"Meta" şirkəti işçilərini daha sərt ofis rejimində saxlamaq planını açıqlayıb. Əgər işçilər həftədə üç günlük iş tələbini pozarlarsa, işdən çıxarılacaqlar.
Publika.az xəbər verir ki, sentyabrın 5-dən etibarən şirkət işçilərinin əksəriyyəti həftədə ən azı üç gün ofisdən işləyəcək.
“Meta”nın İnsan Resursları Departamentinin rəhbəri Lori Golerin ofisə qayıtma tələbləri ilə bağlı qeydində deyilir: "Şirkətin digər siyasətlərində olduğu kimi, təkrar pozuntular "Performans reytinqi"nin aşağı salınmasına qədər intizam tədbirləri ilə nəticələnə və həll edilmədikdə xitam verilə bilər".
Texnologiya sənayesi üzrə bir neçə böyük şirkət pandemiya zamanı uzaqdan işləməyi qəbul etdikdən sonra işçilərini yenidən ofislərə qaytarmağa məcbur edir. O cümlədən, Zoom, WhatsApp, Instagram və Facebook-un sahibi olan Meta-nın əməkdaşları işə dönməyə məcburdurlar.
Xatırladaq ki, "Meta" noyabr ayından bəri 21,000 işçini işdən çıxarsa da, hələ də 65,000 işçisi var.
Aysel Şahmar

-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)



























.jpg)
