İKT
Ofis işçilərinə şad xəbər: “WhatsApp Web”də...
“WhatsApp Web”də çoxdan gözlənilən funksiya beta versiyada sınaqdan keçirilməyə başlayıb. Bu funksiya ilə istifadəçilər məxfiliklərini maksimum dərəcədə qoruyacaqlar.
Publika.az “Haber Türk”ə istinadən xəbər verir ki, dünyanın ən çox seçilən ani mesajlaşma proqramı olan VatsApp, diqqət çəkən yeni yeniləməyə hazırlaşır. Məlum olub ki, proqramın veb-beta versiyasına yeni təhlükəsizlik sistemi əlavə olunacaq. Bu yenilik sayəsində iş yerlərində çalışan istifadəçilər rahat olacaqlar.
Bu versiyada 2.2333.11 kodu ilə aşkar edilən yeni funksiya tətbiqə ekran kilidi gətirir. Funksiya ilə VatsApp ekranını açarkən parol tələb olunacaq. Şifrə düzgün daxil edilmədikdə ekran açılmayacaq.
Bu funksiya hazırda yalnız bəzi beta istifadəçiləri üçün sınaqdan keçirilir. Bütün istifadəçilər üçün açıldıqda, funksiya "Məxfilik" parametrləri bölməsində aktivləşdirilə bilər. İstifadəçilər “Məxfilik” parametrlərindən “Ekran kilidi” parametrlərini seçərək funksiyadan istifadə edə bilərlər. Seçim aktivləşdirildikdə, parol tələb olunacaq.
Aysel Şahmar
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)



























.jpg)
