İKT
AZƏRTAC loqosunu və veb-saytını YENİLƏDİ
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC loqosunu və veb-saytını yeniləyib.
Ölkəmizin 1920-ci il martın 1-dən fasiləsiz fəaliyyət göstərən ilk xəbər agentliyi - AZƏRTAC özünün imicində yenilənmə aparmaq, qarşıya qoyulan vəzifələri daha dolğun və ifadəli təqdim etmək məqsədilə yeni loqo hazırlamaq qərarına gəlib.
Loqoda millilik, informasiya işi, AZƏRTAC-ın ölkənin ilk xəbər agentliyi olması, jurnalistika ənənələri, tarixi dəyərlər kimi mənaların əks olunması əsas istiqamətlər kimi seçilib. Loqodakı elementlər informasiyanın emalı və dünyaya çatdırılması, daha geniş coğrafiyada yayılması kimi konsepsiyaları vurğulayır. Səkkizguşəli loqo agentliyin öz tarixi ənənələrinə sadiqliyini göstərir.
Xəbərlərin doğruluğu, feyk məlumatların qarşısının alınması, ictimaiyyətə daim yoxlanılmış informasiyanın çatdırılması AZƏRTAC-ın fəaliyyətin prioritet istiqamətləridir. Bunlar nəzərə alınaraq informasiyanın yoxlanılıb yayımlanması ideyası da loqoda əksini tapıb.
Mavi və göy rəng çalarlarından istifadə olunub ki, bu da ciddilik, etibarlılıq, inam mənalarını ifadə edir.
AZƏRTAC-ın veb-saytı yeni dizaynda fəaliyyətini davam etdirəcək. Sayt sadəlik, dinamiklik, istifadəçi yönlü olması, yeni funksionallıqlar, yüksək keyfiyyətdə foto və videoların yerləşdirilməsi imkanları, mobil cihazlarda asanlıqla yüklənməsi kimi xüsusiyyətləri ilə seçilir. Xüsusi quruluşu istifadəçilərin bölmələrə asanlıqla keçid edə bilmələrinə imkan verir.
AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılıb. Hazırda agentlik 8 dildə xəbər, 5 dildə videoinformasiya yayımlayır. Dünyanın 50 informasiya agentliyi və media strukturu ilə rəsmi tərəfdaşlıq edən AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi, Avropa Xəbər Agentlikləri Alyansı, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı, İslam Ölkələri Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi, “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Platforması, Türkdilli Xəbər Agentlikləri Birliyi və digər beynəlxalq informasiya təşkilatlarının üzvü olmaqla yanaşı, onların bir neçəsinin idarəedici strukturunda təmsil olunur.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)



























.jpg)
