İKT
“TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır
“Azərbaycanın elm və texnologiyalar sahəsində istedadlı gəncləri çoxdur”.
Publika.az xəbər verir k, bunu “Report”un Ankara bürosuna “TEKNOFEST” festivalında “Furqanoğlu Dəmir Yumruq” stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib.
Onun sözlərinə görə, Azərbaycandan “TEKNOFEST”ə böyük maraq var:
“Bu il festivala bir milyondan çox iştirakçı qatılıb. Türkiyədən sonra ən çox iştirakçı isə Azərbaycandandır. Texnologiya sahəsi ilə bağlı azərbaycanlı gənclər arasında istedadlılar çoxdur. İştirak üçün Azərbaycanın müxtəlif bölgələrindən müraciət edirlər, şərtlərlə maraqlanırlar. Məsələn, keçən il gənclərdən biri süni intellekt vasitəsilə işarə dili proqramı quraşdırıb. Mən onu çox bəyəndim. Digər bir gənc meşə yanğınlarını söndürmək üçün dron hazırlayıb. Başqa biri isə dəniz suyundan hidrogeni ayırıb yanacaq əldə edib. Robot it quraşdıranlar da var. Azərbaycanda, həqiqətən, yüksəksəviyyəli proqramçı gənclər az deyil. Bu məni çox məmnun edir. Bu layihələrin təkrar tətbiqi üçün sərmayə qoyulsa, fikrimcə, daha böyük fayda əldə olunar”.
M.Erdem bildirib ki, iki il öncə Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə əməkdaşlığa başlayıblar:
“TEKNOEST” haqqında müəllim və tələbələrə məlumat verdik. Məlumatlarımız maraq doğurdu və əməkdaşlığa başladıq”.
Ekspert onu da əlavə edib ki, hazırda “TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihələr üzərində çalışırlar.
Xatırladaq ki, “TEKNOFEST” Azərbaycanda 2023-cü ilin aprel ayında keçirilib.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub










.jpg)
























.jpg)




