İKT
“Honor” Berlində keçirilən "IFA 2023" sərgisində - FOTO
Bu il 1-5 sentyabr tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində baş tutan "IFA 2023" sərgisi hər olduğu kimi ən son texnologiyaların görüşdüyü, fərqliliyin, kreativ ideyaların təqdim edildiyi bir məkan kimi yadda qaldı.
Publika.az xəbər verir ki, dünyanın ən böyük məişət elektronikası ticarəti sərgisində qlobal texnologiya brendi “Honor” da özünün bir-birindən fərqli yeni təqdimatları ilə seçildi.
Belə ki, sərgidə “Honor V Purse” yeni ecazkar “telefondan çantaya” konsepti təqdim edilməklə yanaşı, “HONOR Magic V2” nümayiş olundu və “HONOR 90” üçün yeni rəng seçimi bazara çıxarıldı.
Ən son texnologiyada fərqlilik
“Honor”un “IFA 2023”-dəki təqdimatı onun texnologiya sahəsində artıq fərqliliyə imza atdığını təsdiqlədi. Bir smartfonda çox funksionallıqla birlikdə rahatlıq və zövqün birləşmək imkanının mümkünlüyünü göstərməklə yanaşı, “Honor” həm də telefon bazarında böyük diqqət çəkə bildiyini nümayiş etdirdi. Həmçinin, brend qatlana bilən smartfonları əsas istiqamətə çevirə bilmək bacarığını da ortaya qoydu.
“Honor”un baş icraçı direktoru Corc Zhao həm təqdimat mərasimində, həm də brifinqdə jurnalistlərin suallarına cavab verərək, brendin təqdim etdiyi son yeniliklər - ən yüngül və ən nazik qatlana bilən smartfonu “Magic V2” də daxil olmaqla, “Honor V Purse” - qatlana bilən smartfonu portativ, dəbli çanta kimi yenidən dizayn edən, üslubu və yeni konsepsiyası barədə ətraflı məlumat verdi. Corc Zhao təmsil olunduğu brendin təqdim etdiyi bu yeniliklə texnologiyada fərqliliyə imza atdığını vurğuladı.
Zərif seçim
“Honor”un sərgidə diqqət mərkəzində olmasının əsas səbəblərindən biri məhz zərifliklə incəliyi özündə birləşdirən və xanımlar üçün nəzərdə tutulan “Honor V Purse” smartfonunun təqdimatı oldu. Bu, hərəkət etdikcə reaksiya verən, lələklər və qotazlı dizayn elementlərinin də daxil olduğu, ilgəklə bağlanan müxtəlif ölçülərdə dəyişdirilə bilən qayış və zəncirli çanta dizaynlı telefondur. “Honor V Purse” smartfonu adi çanta və ya pulqabı kimi çiyində daşımağı asanlaşdırır. Bu özəllik sözügedən məhsulun gələcəkdə yeni dünya dəbinə çevriləcəyindən xəbər verir.
Azərbaycandan olan nümayəndə heyəti ilə görüşdə “Honor”un marketinq üzrə baş direktoru Vanq Qiang təmsil etdiyi şirkətin ölkəmizdə daha geniş miqyasda fəaliyyətində maraqlı olduğunu bildirdi. O, həmçinin Azərbaycanda brendin rəsmi mağazasının da tezliklə açılması ilə bağlı artıq danışıqların aparıldığını dedi.
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək






_1507621258_1508480454.jpg)































