İKT
Çin hakimiyyətindən ŞOK GEDİŞ: "Apple"in səhmləri ÇÖKDÜ
"Apple" səhmləri 3,6% ucuzlaşaraq 182,9 dollara düşüb.
Publika.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd edilib ki, bu KİV-in Çin hakimiyyətinin dövlət işçilərinə "iPhone"dan istifadəni qadağan etdiyi barədə xəbərlər tirajlamasından sonra baş verib.
Qiymətli kağızların dəyərində 7 sentyabr 2023-cü ildə qeydə alınan eniş avqust ayından bəri ən güclü eniş olub.
Qəzet qeyd edib ki, ilin əvvəlindən "Apple" səhmləri 46% artıb.
"Apple" səhmləri Çində baş verən hadisələrlə güclü şəkildə bağlıdır, çünki bu bazar korporasiya üçün ən yüksək prioritetdir.
"Bloomberg"in məlumatına görə, "iPhone" müntəzəm olaraq həm özəl istifadəçilər, həm də Çində dövlət qulluqçuları arasında ən çox yayılmış smartfonların reytinqlərinə daxil edilir.
Jurnalistlər hesab edirlər ki, Çində dövlət təşkilatlarında "iPhone"dan istifadəyə qoyulan qadağanı gözlənilməz adlandırmaq olmaz. Bu ölkənin məxfi xidmətləri uzun müddətdir ki, öz əməkdaşlarının xarici texnologiyadan istifadə etməsinə mane olublar. Bundan əlavə, Pekin artıq bir neçə ildir ki, Çində Amerika texnologiyasından asılılığı azaltmaq üçün kampaniyaya başlayıb.
Artıq sentyabrın 12-də "Apple" yeni "iPhone", "Apple Watch" və "AirPods"u nümayiş etdirəcək və illik payız təqdimatını keçirəcək.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)




























.jpg)
