İKT
"iPhone 15 Pro"nun içində nələr var? - Mütəxəssis hissələrə PARÇALADI /VİDEO
"PBKreviews" "YouTube" kanalının müəllifi “iPhone 15 Pro” smartfonunun sökülməsi videosunu nümayiş etdirib və cihazın təmirə yararlılığını qiymətləndirib.
Publika.az xəbər verir ki, mütəxəssis mobil cihazın displeyini korpusdan asanlıqla ayıra bilib. O bunun üçün "vantuz" və plastik "spatula"lardan istifadə edib.
Daha sonra blogger daxili kabelləri və naqilləri ayıraraq qeyd edib ki, ilk "iPhone" modellərində olduğu kimi "Apple"ın flaqmanının korpusunun altında yapışqan yoxdur .
Mütəxəssis həmçinin "spatula" vasitəsilə cihazın arxa panelini çıxarmağa nail olub.
Videonun müəllifi qeyd edib ki, smartfonun dizaynı batareyanın tez çıxarılması və dəyişdirilməsini nəzərdə tutur.
Ekspertin fikrincə, ekranın dəyişdirilməsi də çətin olmamalıdır.
Yekun olaraq, mütəxəssis "iPhone 15 Pro"nun təmir qabiliyyətini 10 baldan 7 balla qiymətləndirib.
O, videoda qeyd edib ki, cihazı sökərkən yeganə çətinlik cihazı sökən müxtəlif kiçik vintləri itirməmək və ya qarışdırmamaq zərurəti ola bilər.
Hüseyn İbadlı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub










.jpg)




.jpg)



















.jpg)



