İKT
Gənclərin nəzərinə: Gələcəyin peşələri bunlar olacaq
Gələcəkdə süni intellekt və rəqəmsal dünya ilə bağlı peşəkar qruplarda ciddi məşğulluq boşluğunun olacağı vurğulanıb.
Publika.az xəbər verir ki, gələcəyin peşələri haqqında qiymətləndirmələr edilib. Süni intellekt demək olar ki, hər sektorda transformasiyaya səbəb olub. İnsan qaynaqları və karyera strategiyalarının bu transformasiyaya uyğunlaşdırılması lazım olduğu bildirilib.
Aİ Layihə İdarəetmə Məktəbinin təsisçisi Gökhan Turqut Ünal bilridib ki, süni intellekt iş dünyasına hakim olmağa başlayıb:
“Süni intellektlə bağlı yeni peşələr ortaya çıxıb. Gənclər bunu nəzərə alaraq karyera planları qurmalıdırlar. Ümumiyyətlə gənclər peşə seçimində çətinlik çəkirlər. Türkiyədə gənclərin başqa ölkələrə köçünün əsasını karyera narahatlığı təşkil edir. Xüsusilə Avropa ölkələrində keyfiyyətli təhsil və iş imkanları gənclərin diqqətini çəkir.
Süni intellektin də buna təsiri var. İş dünyasında üstünlüyünü artıran süni intellekt də Avropa ölkələrində inkişaf etdirilib. Bir çox ölkələrdə geniş istifadə olunub.
Süni intellektlə bəzi peşələr yox olmaq ərəfəsindədir. Bu səbəbdən gənclər peşə seçimində çətinlik çəkirlər. Ciddi məşğulluq boşluğunun olacağı proqnozlaşdırılır. Gələcəkdə texnologiya və rəqəmsal dünya ilə əlaqəli peşələrdə ciddi məşğulluq boşluğunun olacağı proqnozlaşdırılır.
Süni intellekt mühəndislərinə böyük ehtiyac olacaq. İdman oyunlarına tələbat, texnologiya ilə həyatımıza daxil olan peşələrdən biri də getdikcə artır. Dünyanın hər yerindən insanlar internetdən istifadə edir”.
Süni intellekt emosiya və intuisiya tələb edən peşələri məhv edə bilməz. Süni intellekt bir çox peşənin gələcəyini dəyişdirsə də, insanların duyğularının, intuisiyasının və təşkilatçılıq qabiliyyətlərinin gəldiyi işlərdə çox təsir göstərə bilməz. Süni intellektin insan resursları və ya müəllimlik kimi peşələrə məhdud təsiri ola bilər. Bu gün onlayn təlimlər geniş yayılsa da, insanlarla qarşılıqlı əlaqə heç vaxt dəyərini itirməyəcək. Ona görə də gənclər bunları qabaqcadan görməli və özlərini öyrətməlidirlər.
Aysel Şahmar
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)


























.jpg)
