İKT
"iPhone 16"nın istehsalı bu tarixdə başlayır - ÇİN MƏLUMAT SIZDIRDI
"Apple" növbəti smartfonlar seriyası olan "iPhone 16"nın istehsalına başlamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Çinin CNMO nəşri məlumat yayıb.
Media mənbələrinin verdiyi məlumata görə, Amerika korporasiyası artıq "iPhone 16"nın ilkin prototipini yaradıb və artıq nümunəni sınaqdan keçirib.
"Apple" həmçinin dekabrın əvvəlində Çinin Çenqdu şəhərində digər smartfon prototiplərinin yaradılacağı istehsal xəttini də qurub.
İnsayderlər, 2024-cü ilin əvvəlindən "Apple"ın istehsal həcmini tədricən artıracağına dair məlumatları açıqlayıb. Belə ki, mart və aprel aylarında korporasiya komponent tədarükçüləri ilə razılığa gəlmək və qadcetlərin istehsalını təşkil etmək niyyətindədir. Tipik olaraq, yeni "Apple" smartfonlarının geniş istehsalı yayda başlayır.
Materialda deyilir ki, yeni seriya dörd modeldən - "iPhone 16", "iPhone 16 Plus2, 2iPhone 16 Pro" və "iPhone 16 Pro Max"an ibarət olacaq.
İnsayderlərin sözlərinə görə, modellər çərçivəsiz dizaynla yanaşı, smartfonları daha güclü, nazik və yüngülləşdirən yeni materiallar əldə edəcək. Bundan əlavə, "Apple" top modellərdə titan korpusunu təkmilləşdirmək niyyətindədir.
Qeyd edək ki, oktyabrın əvvəlində Apple "iPhone 15 Pro" və "15 Pro Max" smartfonlarının həddindən artıq istiləşməsini aradan qaldırmalı olan iOS yeniləməsini təqdim edib. Cihaz istifadəçiləri daha əvvəl cihazların qızmasının artması ilə bağlı şikayət etmişdilər.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)


























.jpg)
