İKT
Azərbaycanda VPN-dən istifadə edənlərə XƏBƏRDARLIQ
Azərbaycanda təxminən üç həftədir "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Amma məhudiyyətin davam etməsinə baxmayaraq, hələ də "TikTok"dan istifadə edənlərə rast gəlinir.
Publika.az xəbər verir ki, bəziləri müxtəlif VPN proqramları vasitəsilə "TikTok" sosial şəbəkəsindən istifadəni davam etdirirlər. Amma çoxsaylı VPN-lər mövcud olsa da, əksər istifadəçilər bu proqramın yaratdığı risklərdən xəbərdar deyil.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev İqtisadiyyat.az-a açıqlamasında VPN-nin yol açdığı təhlükələrdən danışıb.
Onun sözlərinə görə, VPN istifadəçinin şəxsi məlumatlarını asanlıqla öyrənə bilir. Mütəxəssis deyir ki, bu proqram iki kompüter cihazı arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən bir texnologiyadır:
"Yəni VPN qurulmuş cihazlarda informasiya şifrələnir və digər tərəfdə deşifrələnir. Bununla bağlı bir sıra VPN proqramları mövcuddur.
Vətəndaşlarımız bu proqramlardan istifadə edərək fərqli ölkələrdəki serverlərə qoşularaq internet resurslarına bağlana bilərlər.
Müharibə dövründə ölkəmizdə bəzi sosial media və internet resurslarına giriş qadağan edildiyi üçün vətəndaşlar VPN proqramından istifadə edərək bu resurslara qoşulmağa çalışırdı. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı risklər yaradır".
"Əsas risklərdən biri odur ki, VPN proqramını mobil cihaza quraşdırdıqda müxtəlif qovluqlara, kontakta giriş icazəsi istəyir və ya icazə istəmədən daxil olur.
Nəticədə şəxsi məlumatlar qarşı tərəfin əlinə keçə bilər. Digər risk isə VPN-ə bağlanan zaman bütün addımların izlənilə və hətta, şəxsi məlumatların qarşı tərəflərə sızdırıla və ya satıla bilməsidir.
Bu baxımdan VPN-dən istifadə edən vətəndaşlar VPN proqramlarını quraşdırdıqda diqqətli olmalıdırlar. Əks halda onların şəxsi məlumatları asanlıqla təhlükə altında olacaq", - deyə İT mütəxəssisi vurğulayıb.
Məlumat üçün bildirək ki, ölkəmizdə ən çox istifadə olunan riskli VPN proqramlarına "Psiphon", "NordVPN", "Hotspot Shield", "Turbo VPN", "TouchVPN", "Speedify" və digərləri daxildir.
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)


























.jpg)
