İKT
İsrail mediası ilə İlon Mask arasında qalmaqal yarandı
İsrail mediası İlon Maska məxsus "X" platformasında HƏMAS qruplarının təbliğatının aparıldığını bildirib. Bu müzakirə Mask ilə İsrail mediası arasında qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, İsrail-Fələstin müharibəsi görünməmiş dezinformasiya fırtınasıdır. Hər iki tərəf bir-birini ittiham edir.
Mask isə özü haqqında yazılan paylaşımı dəstəkləyib və platformaya verilən reaksiyaların yanlış olduğunu bildirib:
“Burada digər sosial media ilə müqayisədə daha az dezinformasiya var, çünki "Community Notes" tək bir şirkət tərəfindən idarə olunmur. Ona görə də ənənəvi medianın dezinformasiyasını boğacaq real məlumatlar var”.
Rəqəmsal xidmətlərə cavabdeh olan Aİ Komissiyasının üzvü Thierry Breton İlon Maska məktub göndərib.
Breton Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun (DSA) məzmuna ciddi öhdəliklər qoyduğunu xatırladıb:
“Şiddət və ya terroru ehtiva edən bəzi məzmunlar silinməlidir. Qanunlara baxmayaraq, bunların silinmədiyini görürük. İnternetdə çoxlu saxta və manipulyasiya edilmiş görüntü və məlumatların yayıldığı barədə məlumatlar var. Bu səbəbdən "X" platformasından lazımi ehtiyat tədbirləri görməsini və bu barədə öz komandasına məlumat verməsini xahiş edirəm”.
Elon Mask cavab olaraq ifadə azadlığını müdafiə etdiyini, lakin hər cür antisemitizmə qarşı olduğunu bildirib.
Aysel Şahmar
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi










.jpg)


























.jpg)
