İKT
AZƏRTAC xarici ölkələr üzrə müxbir vəzifələrinə vakansiya ELAN ETDİ
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Belçika (Brüssel), Almaniya (Berlin), İsrail (Təl-Əviv) və Misir (Qahirə) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.
Publika.az iş barədə məlumat və tələbləri təqdim edir:
- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;
- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;
- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;
- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;
- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;
- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;
Tələblər:
- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;
- 25-55 yaş arası olmalı;
- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;
- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);
- Müvafiq hallarda məntəqənin yerləşdiyi ölkənin dilini bilmək tələb oluna bilər;
- Stresli vəziyyətlərə davamlı olmalı;
- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;
- Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;
- Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;
- Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;
- Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;
- Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;
Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il noyabrın 1-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin (yalnız bir ölkə qeyd olunmalıdır) adını yazmaq xahiş olunur.
Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub










.jpg)




.jpg)



















.jpg)



