İKT
“Beş Göz” qrupu bir araya gəldi: Ən böyük "təhlükə"yə qarşı plan qururlar
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey ilə Kaliforniyada görüşən İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat bölmələrinin rəhbərləri Çinin həyata keçirdiyi texnoloji casusluğunu "dövrümüzün ən böyük təhlükələrindən biri" kimi xarakterizə edib.
Publika.az xəbər verir ki, Kaliforniyanın Silikon Vadisi Palo Altoda bir araya gələn və "Beş Göz” kimi tanınan ittifaqı yaradan kəşfiyyat rəhbərləri "CBS"-nin 60 dəqiqə proqramında danışıblar. FTB direktoru Rey, Çin Xalq Respublikasının bu nəslin, bu dövrün təyinedici təhlükəsini təmsil etdiyini ifadə edərək, "Bizim fikirlərimizə, innovasiyalarımıza, iqtisadi təhlükəsizliyimizə və nəticədə milli təhlükəsizliyimizə bundan daha geniş, daha əhatəli təhlükə yaradan başqa bir ölkə yoxdur" ifadələrini işlədib.
Çin hökumətinin ABŞ daxilində birbaşa və ya dolayı yolla əqli mülkiyyət hüquqları, ticarət sirləri və şəxsi məlumatların oğurlanması cəhdlərinin şahidi olduqlarını ifadə edən Rey " "Fortune 100" şirkətlərindən tutmuş kiçik startaplara, kənd təsərrüfatı, biotexnologiya, səhiyyə, robototexnika, aerokosmik, akademik tədqiqatlara qədər hər şeydən danışırıq. Çin hökumətinin məlumat oğurlamaq səyləri ilə bağlı ABŞ-da 2000-ə yaxın aktiv araşdırmamız var",- deyə o açıqlayıb.
Rey Çinin bütün digər böyük dövlətlərin birləşdiyindən daha böyük “hacking” proqramına malik olduğunu iddia edərək "Bu, bizim həyat tərzimiz üçün bir çox cəhətdən təhlükədir. Bu, amerikalıların işləri, ailələri, dolanışıq vasitələri və oğurluqdan birbaşa təsirlənən 5 ölkəmizin hər biri üçün eyni mənaya gəlir",- deyə qeyd edib.
Britaniyanın daxili kəşfiyyat xidməti MI5-in rəhbəri Ken Makkallum Çinin casusluğunun təkcə dövlət və ya hərbi sirrlərlə bağlı olmadığına diqqət çəkib: "Söhbət təkcə kritik infrastrukturdan deyil, universitetlərimizdə akademik tədqiqatlardan, perspektivli startaplardan da gedir".
Avstraliya Təhlükəsizlik Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Bercess də bütün ölkələrin "strateji üstünlük" üçün casusluq etdiyini açıqlayıb: "Ancaq burada bəhs etdiyimiz davranış ənənəvi casusluqdan çox-çox kənara çıxır. Bu miqyasda oğurluq bəşər tarixində görünməmiş hadisədir".
Yeni Zelandiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Endryu Hempton Çinin texnoloji casusluğuna qarşı birlikdə mübarizə aparmalı olduqlarını ifadə edərək, “Beş Göz” ortaqlığının ən güclü cəhətlərindən birinin bu mövzuda əsas dəyərləri paylaşması olduğunu bildirib.
Nəzrin
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub









.jpg)




.jpg)



.jpg)

















.jpg)



