İKT
Robotlar bizim "cinimiz" olacaq
İngiltərə baş naziri Rişi Sunak ilə Londonda keçirilən "süni intellekt" təhlükəsizlik sammitində iştirak edən milyarder iş adamı İlon Mask gələcəklə bağlı proqnozlarından danışıb.
Publika.az xəbər verir ki, Mask robotların "insanın sahib ola biləcəyi ən yaxşı dost" olacağını ifadə edərək, onların hər bir söhbətimizi xatırlayacaqlarını və sahiblərinin qeyri-məhdud istəkləri yerinə yetirə bilən "sehrli cinlər"ə çevriləcəyini bildirib:
“İlk dəfə ən ağıllı insandan daha ağıllı bir şeyə sahib olacağıq. Elə bir məqam gələcək ki, heç bir işə ehtiyac qalmayacaq".
Mask, insanların öz şəxsi məmnuniyyətləri üçün işləməyə davam edə biləcəklərini, lakin əsas etibarilə süni intellekt sayəsində işləməyə ehtiyac qalmayacağını açıqlayıb.
Milyarder iş adamı Mask qeyd edib ki, bütün potensialına baxmayaraq, hökumətlər süni intellektin təhlükəsizliyi ilə bağlı tənzimləmələr etməlidir. “Süni intellekt çox güman ki, yaxşılıq üçün bir qüvvə olacaq, lakin pis olma şansı sıfıra bərabər deyil” deyən Mask robotların nasazlığı halında “elektron açarlar” kimi fiziki söndürmə düymələrinin lazım ola biləcəyini əlavə edib.
Nəzrin Cavadzadə
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz










.jpg)




.jpg)


.webp)

.jpg)

















.jpg)