İKT
"Windows"un daxili təhlükəsizliyi SINDIRILDI
"Blackwing Intelligence" şirkətinin mütəxəssisləri “Windows” əməliyyat sistemində quraşdırılmış təhlükəsizliyi sındıra biliblər.
Publika.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
Təhlükəsizlik tədqiqatçıları "Windows PC"lərdə istifadə edilən kod, barmaq izi və ya üzdən istifadə edərək identifikasiya metodu olan "Windows Hello"nun təhlükəsizliyindən yan keçə bildiklərini bildiriblər.
Mütəxəssislər sistemdə çoxlu boşluqlar aşkar etdiklərini vurğulayıblar.
Sistem qüsurları "Windows" noutbuklarında istifadə edilən üç əsas barmaq izi sensorunda aşkar edilib - "Microsoft" , "Dell" və "Lenovo" tərəfindən istehsal edilənlər.
"Goodix", "Synaptics" və ELAN-dan olan sensorlar da kompüterləri lazımi səviyyədə qoruya bilməyib.
Mühəndislər sistemi xaker proqramı quraşdırılmış USB diskdən istifadə edərək bağlaya biliblər.
"Blackwing Intelligence" nümayəndələrinin sözlərinə görə, "Microsoft" kifayət qədər etibarlı təhlükəsizlik sistemi yarada bilib, ona görə də onu sındırmaq bir qədər vaxt aparıb.
"Ancaq təəssüf ki, cihaz istehsalçıları ondan necə istifadə ediləcəyini düzgün başa düşmürlər", - tədqiqat müəllifləri deyiblər.
Hüseyn İbadlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq










.jpg)










.jpg)














.jpg)