İKT
"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...
Məşhur “WhatsApp” messencerinin tərtibatçıları yaxın aylarda yaranacaq məlumatların saxlanmasına məhdudiyyətlər barədə istifadəçilərə xəbərdarlıq etməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.
"Android" üçün 2.23.26.7 proqramının yeni beta versiyasında məlumat banneri peyda olub, ona əsasən "WhatsApp" və "Google" buludda istifadəçi məlumatlarının limitsiz saxlanmasını ləğv etmək qərarına gəliblər. Yedək nüsxələr yaxın bir neçə ay ərzində "Google Disk"inizdə saxlanmağa başlanacaq.
Banner istifadəçiləri gözlənilən dəyişikliklər barədə xəbərdar etməlidir ki, söhbətlərini və media fayllarını saxlamağa vaxt tapsınlar. Yedəkləmələr hələ də "Google Disk"də saxlanılacaq, lakin yalnız istifadəçinin şəxsi hesablarında. Bulud yaddaşı cəmi 15 giqabaytdır. Bu limitə qədər bütün sənədləri və digər faylları pulsuz saxlaya bilərsiniz.
Disk sahəsi bitərsə, istifadəçi, məsələn, telefon nömrəsini dəyişdirərkən bütün yazışmaları itirmək riski daşıyır. Nəşr qeyd edir ki, yeni banner yalnız messencerin beta versiyalarında görünür.
Hüseyn İbadlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq










.jpg)










.jpg)














.jpg)