İKT
"Nar" və "NETTY" ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - FOTO
Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə, “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı. Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçilib.
Publika.az xəbər verir ki, budəfəki müsabiqədə layihələr “Dövlət və elektron hökumət”, “Sosial məsuliyyət və cəmiyyət”, “Biznes və sahibkarlıq” və digər nominasiyalar üzrə qalib oldu. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. 2004-cü ildən təsis edilmiş “Netty” İnternet Mükafatı da 2018-ci ildən bəri “Nar”la əməkdaşlıq edir və hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələrin ən yaxşılarını mükafatlandırır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ










.jpg)
.jpg)









.jpg)














.jpg)