İKT
Ölən həyat yoldaşı yenidən səsləndi
Anasına Milad bayramı üçün xüsusi hədiyyə etmək istəyən Filip Uilett adlı gənc süni intellektin köməyi ilə mərhum atasının səsini canlandırıb. Fotolarla klip hazırlayan Uilett anasının hədiyyəni açdığı anı TikTok-da paylaşıb. Emosional anlar yaşayan ananın videosu milyonlarla izlənilib.
Publika.az xəbər verir ki, ABŞ-ın Missuri ştatında sosial media məzmun istehsalçısı Filip Uillett anasına Milad hədiyyəsi vermək üçün mərhum atasının səsini canlandırmaq üçün süni intellektdən istifadə edib. Uilett süni intellektlə yaradılan səsli mesajdan əlavə, anası Trish və atası Conun fotolarından klip yaradıb və onları videoda birləşdirib.
Anasının hədiyyəni açdığı anı TikTok-da paylaşan Uilett anası ilə duyğulu anlar yaşayıb. Onun “qəhrəman” kimi təsvir etdiyi atası 2022-ci ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Gənc sosial media hesabındakı paylaşımında “Bu il Milad bayramında anam üçün xüsusi bir şey etmək qərarına gəldim. Süni intellekt proqramından istifadə edərək atamın səsinə uyğun video hazırladım”.
Aysel Şahmar

-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ










.jpg)
.jpg)









.jpg)














.jpg)