İKT
"OpenAI"dən MÖHTƏŞƏM YENİLİK: kamera ilə video çəkməyə gərək qalmayacaq
İntellektual çatbot olan "ChatGPT"ni yaradan Amerikanın "OpenAI" texnologiya şirkəti "Sora" adlı yeni süni intellekt (AI) alətinin istifadəyə verildiyini elan edib.
Publika.az xəbər verir ki, şirkətin rəsmi saytında verilən məlumata görə, o, mətn təsvirləri əsasında videolar yaratmaq üçün nəzərdə tutulub .
Bildirilib ki, "Sora" mətn təlimatları əsasında bir dəqiqəyə qədər davam edən real və yaradıcı səhnələr yarada bilir.
Şirkət qeyd edib ki, AI modeli təsvir olunan obyektlərin real dünyada necə mövcud olduğunu təsəvvür edir, həmçinin rekvizitləri dəqiq şərh edə və güclü emosiyaları ifadə edən inandırıcı personajlar yarada bilir.
Neyroşəbəkə həmçinin hərəkətsiz görüntü əsasında video yaratmaq, bitmiş videolarda çatışmayan kadrlar bərpa etmək və ya onları əlavə etmək qabiliyyətinə malikdir.
"OpenAI" xəbərdarlıq edib ki, "Sora" mürəkkəb səhnələri modelləşdirərkən səhv edə bilər.
AI aləti hazırda modeli potensial zərər və risklər üçün qiymətləndirən "qırmızı komandalar" tərəfindən sınaqdan keçirilir.
"Biz bütün dünya üzrə siyasətçiləri, müəllimləri və rəssamları onların problemlərini başa düşmək və bu yeni texnologiyanın müsbət istifadələrini müəyyən etmək üçün cəlb edəcəyik", - şirkətdən bildirilib.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı










.jpg)










.jpg)

.jpg)














.jpg)